Prezident Gürcüstanın müdafiə nazirini qəbul edib


Prezident İlham Əliyev aprelin 24-də Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladzeni qəbul edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı Prezidentin Mətbuat xidməti yayıb.
"Görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin müxtəlif sahələrdə, o cümlədən hərbi sahədə uğurla inkişaf etdiyi vurğulanıb.
Bu ilin aprelində Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin ölkəmizə səfəri xatırlanıb, səfər zamanı əlaqələrimizin daha da genişləndirilməsi ilə bağlı səmərəli müzakirələrin aparıldığı qeyd olunub.
Dövlət başçısı və Gürcüstanın müdafiə naziri əməkdaşlığımızın perspektivlərini, regional təhlükəsizlik məsələlərini müzakirə ediblər", - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top