Separatçılar Rusiyaya müraciət etdilər - Əgər bunlar olmasa...


Bu gün saat 12:00-da Azərbaycan Dövlət Sərhəd Xidmətinin bölmələri tərəfindən ölkəmizin suveren ərazilərində, Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurulmasından sonra Xankəndidəki separatçı rejimin başçısı Arayik Arutyunyan qondarma rejimin “Təhlükəsizlik Şurası”nın təcili iclasını çağırıb.
Yeniavaz.com 
xəbər verir ki, bir qədər əvvəl “Təhlükəsizlik Şurası”nın iclası başa çatıb.
İclasın yekunuda "Təhlükəsizlik Şurası”nın qərarı açıqlanıb. 
Xankəndidəki separatçı rejim Rusiya Federasiyasına müraciət edirik ki, Artsaxın blokadasının götürülməsi, Azərbaycan keçid məntəqəsinin yaradılmasının qarşısının alınması və Artsax xalqının təhlükəsizliyinə real təminatların verilməsi ilə bağlı müzakirələrə dərhal başlanılmasını tələb edib: "Biz ən qısa müddətdə Artsax xalqının üzləşdiyi təhlükəsizlik və humanitar problemlərin həlli üçün təsirli addımlar gözləyirik, bunların olmaması hakimiyyət orqanlarına və Artsax xalqına bundan sonra nə edəcəyini qərar verməyə imkan verəcək”.

DİGƏR XƏBƏRLƏR

Top