Şəkərin qiyməti maksimum həddə çatıb - Səbəb


Dünya bazarlarında şəkərin qiyməti son 11 il ərzində maksimum həddə çatıb.
Yeniavaz.com
xəbər verir ki, Nyu-York birjasında 1 ton şəkərin qiyməti təxminən 530 dollara çatıb. Bir il əvvəl qiymətlər bir ton üçün 420-440 dollar səviyyəsində olub.
Bildirilir ki, Asiyanın ən böyük şəkər istehsal edən ölkələrində məhsul istehsalı ilə bağlı təxminlər azalıb. Xüsusilə, Hindistan Şəkər Assosiasiyası məhsul proqnozlarını təxminən 3% azaldıb. Hindistanın şəkər qamışı əkinlərinin üçdə birindən çoxunu təşkil edən (Hindistan Braziliyadan sonra dünyada ikinci ən böyük şəkər istehsalçısıdır) Maharaştra ştatında vaxtsız yağışlar məhsul yığımına mane olub.
 

DİGƏR XƏBƏRLƏR

Top