
Sudanda yaşayan Səudiyyə Ərəbistanı vətəndaşlarının təxliyyəsi başlayıb.
Yeniavaz.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, evakuasiya əmrini Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz və vəliəhd şahzadə Məhəmməd bin Salman verib.
Bəyanatda sözügedən ölkələrlə bağlı təfərrüatlar verilməyib.
Xatırladaq ki, aprelin 15-də səhər saatlarında Sudanın paytaxtı Xartum və digər şəhərlərdə ordu ilə yarım hərbiləşdirilmiş xüsusi təyinatlı qüvvələr arasında silahlı toqquşmalar baş verib. Hadisə nəticəsində 700-ə yaxın insan ölüb.
Tətbiqimizi yükləyə bilərsiniz