Türkiyədəki zəlzələdə ölənlərin sayı artdı


Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələdə ölənlərin sayı artıb.
Yeniavaz.com 
“CNN Türk”ə istinadla xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu məlumat yayıb.
Onun sözlərinə görə, ölənlərin sayı 50 min 783 nəfərə çatıb.
Xatırladaq ki, fevralın 6-da Türkiyənin Kahramanmaraş şəhərində 7,7 maqnitudalı, 9 saat sonra isə həmin şəhərin Elbistan rayonunda 7,6 maqnitudalı iki zəlzələ olub.

DİGƏR XƏBƏRLƏR

Top