“Kilsənin hökumətlə münasibəti pisdirsə, onun Allahla da münasibəti pisdir”


“Əgər kilsənin hökumətlə münasibəti pisdirsə, deməli, onun Allahla münasibəti pisdir”.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazir Nikol Paşinyan parlamentdə çıxışı zamanı deyib.
“Elə bir mövzu var ki, havada asılır. Çox vaxt hökumətin kilsə ilə münasibətləri pis və ya problemli kimi təqdim olunur. Mən yüksək səslə bəyanat verəcəyəm: əgər kilsənin hökumətlə münasibəti pis, onda kilsənin Allahla əlaqəsi pisdir. Bu, xristian vizyonuna görədir”, - Paşinyan deyib.
Xatırladaq ki, bir müddət əvvəl bütün ermənilərin katolikosu II Qaregin bildirib ki, Erməni Apostol Kilsəsi ilə Ermənistan hakimiyyəti arasında əməkdaşlıq lazımi səviyyədə deyil.

DİGƏR XƏBƏRLƏR

Top