Şəmkirdə 2000 manatlıq təsbeh oğurlandı


Şəmkir şəhəri ərazisindəki restoranların birindən Bakı şəhər sakini A.Baxşəliyevin 2000 manat dəyərində qızıl təsbehinin qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Şəmkir Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən rayon sakini A.Bəhramlı müəyyən olunaraq saxlanılıb.
Qeyd edilib ki, faktla bağlı araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top