
Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank “Togg” markalı elektromobilini özü yuyub.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib.
Nazirin bu paylaşımı sosial şəbəkə istifadəçiləri arasında maraqla qarşılanıb.Bayram temizliği 💦🧽 pic.twitter.com/RMiSGIvXJe
— Mustafa Varank (@varank) April 20, 2023
Xatırladaq ki, “Togg” Türkiyənin ilk yerli elektromobilidir. Onun ilk sahibləri Türkiyə və Azərbaycan prezidentləri olublar.