Zelenski Kiyevdə Stoltenberqlə görüşüb - Video + Yenilənib


Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 20-də Ukraynaya səfər edən NATO-nun baş katibi Yens Stoltenberq ilə Kiyevdə görüşüb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə dövlət başçısı sosial şəbəkə hesabında paylaşım edib.  
"Biz Yens Stoltenberqin bu səfərini Alyansla Ukrayna münasibətlərində yeni mərhələ kimi qəbul edirik", - Zelenski bildirib.
Zelenskinin sözlərinə görə, Ukraynanın NATO-ya dəvət edilməsi ilə bağlı siyasi qərarların qəbuluna mane olacaq heç bir obyektiv səbəb yoxdur.


***12:06

NATO-nun baş katibi Yens Stoltenberq bu gün, aprelin 20-də Ukraynanın paytaxtı Kiyevə səfər edib.
Yeniavaz.com "The Kyiv Independent"ə istinadən xəbər verir ki, o, Kiyevin mərkəzindəki Mixaylovskaya meydanında görüntülənib.
Güman edilir ki, Stoltenberq Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşəcək.

DİGƏR XƏBƏRLƏR

Top