“Avrora” MMC aztəminatlı ailələrə bayram sovqatı çatdırdı - Fotolar


“Avrora” MMC bu il də Ramazan bayramı ilə əlaqədar yardım aksiyası keçirib.
Yeniavaz.com
xəbər verir ki, şirkət yardım aksiyası zamanı Qızıl Aypara Cəmiyyəti ilə birgə Nəsimi rayonu ərazisində məskunlaşmış şəhid və qazi ailələrinə, o cümlədən aztəminatlı, kimsəsiz və yaşlı insanlara qida və gündəlik tələbat məhsullarından ibarət ərzaq bağlamaları çatdırıb.
Məlumat üçün bildirək ki, Avrora şirkəti 2023-ci ildə təkcə Ramazan bayramı münasibəti ilə şirkətə müraciət edən müxtəlif təşkilatlar vasitəsilə 500-dən çox ailəyə də ərzaq yardımı göstərib.
Qeyd edək ki, “Avrora” MMC korporativ sosial məsuliyyətini dərk edərək və bunu beş əsas dəyərindən birinə çevirərək daima bu istiqamətdə əməli addımlar atır.





DİGƏR XƏBƏRLƏR

Top