Rusiyadan sülh addımları görmürük – Stoltenberq


Rusiya Ukraynadakı itkilərinə baxmayaraq, sülh istiqamətində heç bir addım atmır.
Yeniavaz.com
xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltenberq deyib.
“Ukraynada verdiyi böyük miqyaslı itkilərə baxmayaraq, biz Prezident Putinin sülh yolunu seçməsi, bu istiqamətdə addım atması ilə bağlı heç bir işarə görmürük. Ukraynanı dəstəkləmək mənəvi məsələdir. Bu ölkə suverenliyi, azadlığı, mövcudluğu uğrunda savaşır. Ukraynanı müdafiə etmək həmçinin bizim təhlükəsizlik marağımıza uyğundur”, - deyə o bildirib.

DİGƏR XƏBƏRLƏR

Top