Son sutkada 75 nəfər yoluxdu


Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 75 yeni yoluxma faktı qeydə alınıb, 101 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Yeniavaz.com-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslər arasında vəfat edən olmayıb.
Azərbaycanda indiyədək ümumilikdə 830 993 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 820 317 nəfər müalicə olunaraq sağalıb, 10 217 nəfər vəfat edib, aktiv xəstə sayı 459 nəfərdir.
Ölkədə son sutka ərzində 1 561, hazırkı dövrədək isə 7 579 826 test aparılıb.

Son sutkada, həmçinin koronavirus (COVID-19) əleyhinə 180 vaksin vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 70, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 62, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 31, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 17 nəfərdir.
Vurulan vaksinlərin ümumi sayı 13 958 814, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 409 657, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 880 503, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 402 566, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 266 088 nəfər təşkil edir.

DİGƏR XƏBƏRLƏR

Top