Ermənistan Rusiyaya qadağan olunmuş məhsullar ixrac edib - NYT


ABŞ və müttəfiqlərindən Rusiyaya birbaşa çip satışı sıfıra enib. Lakin ticarət məlumatları göstərir ki, digər ölkələr Rusiyaya bu işdə kömək edirlər.
Yeniavaz.com
"The New York Times"a istinadən xəbər verir ki, bu barədə Amerika və Avropa rəsmiləri mart ayının sonunda danışıqlar aparıblar.
Aydın olub ki, müdafiə sistemindəki çatlardan Rusiya ərazisinə milyonlarla dollar dəyərində qadağan olunmuş texnologiya sızıb.
Yüksək vəzifəli vergi və ticarət rəsmiləri Ermənistan, Qazaxıstan və digər ölkələr vasitəsilə Rusiyaya çip və digər elektron komponentlərin satışında artım müşahidə ediblər.
Onlar Rusiyanın qanadlı raketləri də daxil olmaqla, silahların inkişafı üçün kritik hesab etdikləri səkkiz yüksək həssas kateqoriyalı çip və digər elektron cihazların ixracı haqqında məlumat paylaşıblar.
Qeyd olunub ki, 2022-ci ildə Ermənistan 2021-ci ilə nisbətən ABŞ-dan 515 faiz, Avropa İttifaqından isə 212 faiz çox çip və prosessor idxal edib. Bildirilir ki, Ermənistan bu prosessorların 97 faizini Rusiyaya ixrac edib.

DİGƏR XƏBƏRLƏR

Top