"Azərbaycan İsrailin strateji tərəfdaşdır" - Yenilənib

\
Mən ölkələrimiz arasında təhlükəsizlik, iqtisadiyyat, energetika və turizm sahələrində münasibətlərin möhkəmləndirilməsi üçün Azərbaycana mühüm səfərə gəlmişəm.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, bunu İsrailin xarici işlər naziri Eli Kohen bildirib.

O bildirib ki, Azərbaycan İsrailin strateji tərəfdaşdır.

Qeyd edək ki, Eli Kohen Azərbaycana səfərə gəlib. O, bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.


***17:07
İsrailin xarici işlər naziri Eli Kohen Azərbaycanda səfərdədir.

Yeniavaz.com xəbər verir ki, onu İsraildə fəaliyyət göstərən 20 şirkətinin təmsilçilərindən ibarət işgüzar nümayəndə heyəti müşayiət edir.
Səfər çərçivəsində İsrailin XİN başçısının aprelin 19-da Bakıda keçiriləcək Azərbaycan-İsrail Hökumətlərarası Birgə Komissiyasının növbəti iclasında iştirak edəcəyi, həmçinin ölkə rəsmiləri ilə bir sıra görüşlər keçirəcəyi gözlənilir.

DİGƏR XƏBƏRLƏR

Top