İspaniyada ilk dəfə robot cərrahiyyə ilə ağciyər transplantasiya olundu


İspaniyada robot cərrahiyyə üsulu ilə əməliyyat həyata keçirilib.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, Barselona şəhərindəki “Vall d'Hebron” Xəstəxanasında aparılan robot əməliyyatının təfərrüatları paylaşılıb.
Qabırğalara zərər vermədən döş altında kiçik bir kəsiklə tamamilə robot tərəfindən həyata keçirilən əməliyyatla ağciyər transplantasiyasının uğurla həyata keçirildiyi bildirilib.
Əməliyyatın fevralın sonunda aparıldığı və 5 saat davam etdiyi açıqlanıb.
Xəstəxananın ağciyər xəstəlikləri şöbəsinin müdiri Albert Jauregui oxşar əməliyyatın indiyədək yalnız Nyu-Yorkdakı “Mount Sinai” xəstəxanasında edildiyini, lakin orada robot cərrahiyyənin qismən istifadə olunduğunu bildirib.
Həkim vurğulayıb ki, ağciyər transplantasiyası olduqca çətin əməliyyatdır. Çünki, orqanlara çatmaq üçün döş qəfəsində böyük bir kəsik edilməli və qabırğalar qırılmalıdır. Yeni texnika sayəsində robotik əməliyyatın belə bir kəsik olmadan da edilə biləcəyini qeyd edilib.
Jauregui həmçinin bildirib ki, yeni texnika sayəsində əməliyyatdan sonrakı reanimasiya, xəstəxanada qalma müddəti, ağrılar azalır və tənəffüs reabilitasiyasının irəliləməsinə icazə verilir.

DİGƏR XƏBƏRLƏR

Top