
ABŞ Dövlət Departamenti F-16 döyüş təyyarələrinin rabitə sistemi olan “Link-16” taktiki məlumat bağlantısı şəbəkəsinin modernizasiya dəstlərinin Türkiyəyə satışını təsdiqləyib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilib ki, Dövlət Departamenti məsələ ilə bağlı Konqresi məlumatlandırıb.
Taktiki məlumat bağlantısı kimi də tanınan Link-16 hərbi radio şəbəkəsi NATO və müttəfiq ölkələr tərəfindən istifadə olunur.
Qeyd edək ki, bu şəbəkə təyyarələr, helikopterlər, dronlar, gəmilər və quru qoşunları arasında taktiki məlumat mübadiləsini təmin edir.
Tətbiqimizi yükləyə bilərsiniz