
Ukraynanın müdafiə naziri Aleksey Reznikov Ukraynanın müharibədə verdiyi itkiləri Türkiyədəki zəlzələ qurbanlarının sayı ilə müqayisə etdiyi üçün üzr istəyib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə tvitter hesabında paylaşım edib.
“İspaniyanın “La Razon” qəzetinə müsahibə zamanı verdiyim şərhə görə, Ukrayna, yaxud Türkiyədə hər kəs qarşısında üzr istəyirəm. Ukraynalılar Türkiyə xalqının dərdinə şərikdir. Anlayırıq ki, minlərlə günahsız insanı – dostu və qonşunu dəfn etmək lazımdır. Türkiyəli dostlarımıza Krım məsələsi və Rusiya müdaxiləsi ilə bağlı dəyişməz dəstəyə və möhkəm mövqeyə görə təşəkkür edirik”, - paylaşımda bildirilib.
I sincerely apologize to anyone in Ukraine or Türkiye. who was offended by my comments in an interview with the Spanish newspaper La Razon. Ukrainians sympathize with the Turkish people. We understand what it's like to bury thousands of innocent people - friends and neighbors.
— Oleksii Reznikov (@oleksiireznikov) April 17, 2023
I…
Tətbiqimizi yükləyə bilərsiniz