
Bu gün Ermənistanın ombudsmanı Anahit Manasyan bu ölkədə saxlanılan azərbaycanlı hərbçilərə baş çəkib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ermənistan ombudsmanının mətbuat xidməti məlumat yayıb.
Ombudsman azərbaycanlı hərbçilərin saxlanma şəraiti və hüquqlarının, o cümlədən sağlamlıq imkanlarının təmin edilməsi ilə bağlı məsələlərlə tanış olub.
Bildirilir ki, əsgərlərlə söhbət zamanı dövlət orqanları və vəzifəli şəxslər tərəfindən işgəncə, pis rəftarın digər formaları, o cümlədən psixoloji təzyiqlərlə bağlı heç bir şikayət daxil olmayıb.
Anahit Manasyan qeyd edib ki, adıçəkilən şəxslərin saxlanma şəraiti, o cümlədən daimi içməli su, yemək və gigiyena vasitələri ilə təmin olunub.
Tətbiqimizi yükləyə bilərsiniz