Elektrik enerjisini xaricə neçəyə satırıq? – Son rəqəmlər


Bu ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə 2 milyard 405 milyon 679 min kv/saat elektrik enerjisi ixrac edilib. 
Yeniavaz.com
 Dövlət Gömrük Komitəsinin açıqladığı məlumatlara istinadən bildirir ki, ötən ilin analoji dövrü ilə müqayisədə xaricə satılan elektrik enerjisinin həcmi kəskin artıb. Belə ki, 2022-ci ilin yanvar-mart aylarında Azərbaycandan xarici ölkələrə 584 milyon 227 min kv/saat elektrik enerjisi ixrac olunub.
Qeyd edək ki, bu ilin yanvar-mart aylarında xaricə satılan elektrik enerjisinin 1 kv/saatının gömrük dəyəri isə 11,7 sent və ya növcud məzənnə ilə (1,7 $/azn) hesablandığı zaman 19,9 qəpiyə bərabər olur.
Onu da bildirək ki, ötən ilin eyni dövründə xaricə satılan elektrik enerjisinin 1 kv/saatının gömrük dəyəri bundan təxminən 2 dəfə aşağı – 5,7 sent olub.

DİGƏR XƏBƏRLƏR

Top