
Bu ilin yanvar-mart ayları ərzində Azərbaycanın İran ilə apardığı ticarət mübadiləsinin həcmi 134 milyon 723 min dollar olub və ötən ilin eyni dövrü ilə müqayisədə cüzi azalıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, bu ilin ilk 3 ayı ərzində Azərbaycan İrandan 129,1 milyon dollar dəyərində məhsul idxal edib, əvəzində isə İrana 5,6 milyon dollar dəyərində məhsul ixrac edib. Müqayisə üçün qeyd edək ki, ötən ilin ilk 3 ayında Azərbaycana İrandan 113,9 milyon dollar dəyərində məhsul idxal edilib, İrana isə 8,4 milyon dollar dəyərində məhsul ixrac edilib.
Məlumat üçün bildirək ki, 27 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. Bundan sonra iki ölkə arasındakı münasibətlərdə gərginlik müşahidə edilir.