
Ukraynanın Donetsk vilayətinin Slavyansk şəhərinə aprelin 14-də raket hücumu nəticəsində yaşayış binasında ölənlərin sayı 12-yə çatıb. Belə ki, Rusiyanın raket hücumu nəticəsində evin dağıntıları altından daha bir cəsəd çıxarılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.
Bildirilib ki, xilasedicilər kişi meyitini dağıntılar altından çıxarıblar.
Polisin məlumatına görə, dağıntılar altında daha üç nəfər ola bilər.
Hücum nəticəsində xəsarət alanların sayı isə 22-yə çatıb.
Qeyd edilib ki, hazırda həmin ərazidə axtarış-xilasetmə işləri davam etdirilir.
Tətbiqimizi yükləyə bilərsiniz