
Sudan ordusunun komandanlığı toqquşmaların baş verdiyi Çevik Reaksiya Qüvvələrinin bölmələri ilə danışıqları rədd edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Əl-Ərəbiyyə” telekanalı məlumat yayıb.
Baş Qərargahdan bildiriblər ki, çevik qüvvələr qanunsuzluqlara son qoymayana qədər onlarla dialoq və razılaşma olmayacaq.
Xatırladaq ki, günün əvvəlində Sudan ordusu Xartum yaxınlığındakı milli sürətli reaksiya qüvvələri bazalarına hava zərbələri endirdiyini bildirib. Döyüşlər paytaxtın müxtəlif yerlərində baş verib. Əsas toqquşma isə prezident sarayının yaxınlığında olub. Sudan Respublikası Silahlı Qüvvələrinin Baş Komandanlığı Respublika Sarayının ərazisində, hava limanı, mərkəzi bazar, eləcə də Sudan paytaxtının cənubundakı hərbi bazaların yaxınlığında döyüşlər davam edir.
Tətbiqimizi yükləyə bilərsiniz