
Türkmənistan Prezidenti Sərdar Berdiməhəmmədov cinayət törədən və əməlindən peşman olan vətəndaşların Qədr gecəsi öncəsi azadlığa buraxılacağını bildirib.
Yeniavaz.com xəbər verir ki, Sərdar Berdiməhəmmədov fərmanı imzaladıqdan sonra əfv olunan 463 vətəndaşın tezliklə öz evlərinə və ailə üzvlərinə qayıtması üçün bütün lazımi işlərin görülməsi barədə göstəriş verib.
Berdiməhəmmədov 17 aprel Qədr Gecəsi münasibətilə amnistiyadan yararlanan vətəndaşlara əzmlə çalışmalarını, ölkədə həyata keçirilən genişmiqyaslı işlərə öz töhfələrini vermələrini və Türkmənistana ürəkdən xidmət etməyi arzulayıb.
Tətbiqimizi yükləyə bilərsiniz