Azərbaycanlı ağır atletlər ölkəyə qayıtdılar - Yenilənib


Ermənistanın paytaxtı İrəvanda keçirilən ağır atletika üzrə Avropa çempionatından geri çağırılan azərbaycanlı ağır atletlər artıq Bakıdadırlar.

Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, İrəvandan qayıdan Azərbaycan atletlər Gürcüstanın paytaxtı Tbilisidən Azərbaycana yola salınıblar.

Onları gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Hava Limanına eniş eidb.

Hava limanında 12 nəfərdən ibarət nümayəndə heyətini media nümayəndələri və idman ictimayyəti qarşılayıb.


***15:58
İrəvandakı təxribatdan sonra Ermənistanı tərk edən ağır atletlərimiz artıq Gürcüstandadırlar.
Yeniavaz.com
xəbər verir ki, bu barədə məlumatı Gənclər və İdman Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Qabil Mehdiyev verib.
Onun sözlərinə görə, komandamız Ermənistanı avtobusla tərk edərək Gürcüstana daxil olub.
“Komandamızı Tbilisidən Bakıya gətirəcək təyyarə bu axşam saat 21:20-də onları Vətənə çatdıracaq”, - Q.Mehdiyev deyib.

***14:53
“Ağırlıqqaldırma üzrə Azərbaycan millisi artıq İrəvanı tərk ediblər”.
Yeniavaz.com
xəbər verir ki, “Sputnik-Ermənistan”a istinadən xəbər verir ki, bunu Ermənistanın təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Giloyan deyib.
O bildirib ki, Azərbaycan nümayəndə heyəti artıq sərhədi də keçib.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb.
Əvvəlcə vəkil Aleksandr Koçubayev Nikolyanın polis şöbəsinə gətirildiyini və ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlandığını yazıb.
Lakin o daha sonra açıqlama verərək, istintaq orqanının cinayət işi açmaqdan imtina etdiyini bildirib.
Aram Nikolyan polis şöbəsindən buraxılarkən, binanın qarşısında təntənə ilə qarşılanıb.
Artıq Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ağır atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması ilə bağlı qərar qəbul edib. Qurumlar Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırıblar.
Gənclər və idman naziri Fərid Qayıbov isə idmançılarımızın mehmanxanada saxlanılması barədə məlumat yayıb.

DİGƏR XƏBƏRLƏR

Top