Paşinyandan bayrağımızı yandıran erməni ilə bağlı tapşırıq


Ermənistanın Baş naziri Nikol Paşinyan İctimai Televiziyaya Azərbaycan bayrağını yandırdığına görə kanalın stilistika studiyasının rəhbəri Aram Nikolyanın işdən çıxarılması barədə göstəriş verib.
Yeniavaz.com xəbər verir ki, bu barədə Aysor.am öz mənbələrinə istinadən yazır.
Qeyd edək ki, Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb.
Əvvəlcə vəkil Aleksandr Koçubayev Nikolyanın polis şöbəsinə gətirildiyini və ona qarşı xuliqanlıq maddəsi ilə cinayət işi başlandığını yazıb.
Lakin o daha sonra açıqlama verərək, istintaq orqanının cinayət işi açmaqdan imtina etdiyini bildirib.
Aram Nikolyan polis şöbəsindən buraxılarkən, binanın qarşısında təntənə ilə qarşılanıb.
Artıq Gənclər və İdman Nazirliyi və Milli Olimpiya Komitəsi ağır atletika üzrə Avropa çempionatı üçün Ermənistanda olan Azərbaycan idmançılarının yarışda iştirak etmədən vətənə qayıtması ilə bağlı qərar qəbul edib. Qurumlar Avropa Ağır Atletika Federasiyasını Ermənistana qarşı sanksiya tətbiq etməyə çağırıblar.

DİGƏR XƏBƏRLƏR

Top