Vandallığının səbəbini belə "izah etdi": "Əsas odur ki..."


Xəbər verdiyimiz kimi, Ermənistanın paytaxtı İrəvan şəhərində keçirilən Ağır Atletika üzrə Avropa çempionatının açılış mərasimi zamanı erməni dizayner Aram Nikolyan Azərbaycan bayrağını yandırıb. O daha sonra polisə aparılıb və haqqında xuliqanlıq maddəsi ilə cinayət işi başlanıb.
Yeniavaz.com
xəbər verir ki, Nikolyan özünün sosial şəbəkə hesabında videomüraciət yayıb və etdiyi hərəkətin “səbəbini izah edib”.
O bildirib ki, bu hərəkəti hər hansı bir siyasi qüvvənin istəyi ilə yox, tamamilə öz şəxsi qərarı əsasında edib:
“Mənim istəyim müstəsna olaraq Ermənistan Respublikasının paytaxtı İrəvanda Azərbaycan bayrağının dalğalanmamasına əmin olmaq idi. Ən əsası odur ki, onlar heç vaxt ermənilərin bəzi vəziyyətlərə uyğunlaşmağa çalışdıqlarını düşünməsinlər. Mənim davranışımın sərhəddəki uşaqlarımıza pis təsir edə biləcəyini düşünənlərin fikirlərinə görə təəssüflənirəm. Mən o oğlanlara və o sərhədi qoruyanlara, Ermənistan vətəndaşı olaraq dua edirəm”.
Qeyd edək ki, A.Nikolyan polis şöbəsindən buraxılarkən təntənə ilə qarşılanıb.

DİGƏR XƏBƏRLƏR

Top