ABŞ Konqres binasının qarşısında silahlı şəxs saxlanıldı


ABŞ Konqresinin mühafizəsi Kapitol binası kompleksinin girişində avtomobildə avtomat silah aşkar edib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə hüquq-mühafizə orqanının “Twitter” səhifəsində məlumat verilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşlarının sözlərinə görə, silah nəzarət-buraxılış məntəqəsində pikap maşınının arxa hissəsində aşkar edilib. Tüfəng yorğanla örtülü olub.
Avtomobili Merilend ştatının 57 yaşlı sakini idarə edib. O, qeydiyyatsız odlu silah və sursat saxlamaqda ittiham olunur.
Saxlanılan şəxsin Kapitola hücum edəcəyi iddiası barədə dəqiq məlumat yoxdur.

DİGƏR XƏBƏRLƏR

Top