
Bu ilin birinci rübündə yerli və dövlətlərarası axtarışda olan 1572 təqsirləndirilən şəxs tutulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə daxili işlər naziri Vilayət Eyvazov DİN-in kollegiya iclasında deyib.
O bildirib ki, mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə həyata keçirilən tədbirlərlə 170 cinayətkar qrup zərərsizləşdirilib, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 59 nəfər cinayət məsuliyyətinə cəlb edilib.
Tətbiqimizi yükləyə bilərsiniz