Ermənistan əhalisində İrana olan inam artıb


Rusiyanın Ermənistandakı səfirliyi bu ölkədə sorğu keçirib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Hraparak” nəşri məlumat yayıb.
Bildirilir ki, sorğuda iştirak edənlərin 40%-i Rusiyanı özlərinin starateji müttəfiqi hesab edib.
“Hraparak” nəşri yazır ki, 2018-ci ildən – Nikol Paşinyanın hakimiyyətə gəlməsindən əvvəl keçirilən analoji sorğularda bu göstərici 70% olub.
Məlumatda qeyd olunur ki, sorğunun nəticələri Rusiya tərəfini ciddi şəkildə narahat etsə də, onların təsəllisi Ermənistan əhalisinin Qərb ölkələrinə olan münasibətində ciddi dəyişikliyin olmamasındadır.
Sorğunun nəticəsindən o da məlum olub ki, Ermənistan əhalisində İrana olan inam artıb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top