Tərtərdə qaza görə abonentlərə əlavə borc yazılıb? - Video


Tərtər rayonunun Səhlabat kəndinin sakinləri qaza görə onlara əlavə borc yazıldığını iddia edirlər.

Yeniavaz.com Xezerxeber.az-a istinadla xəbər verir ki, sakinlər bildiriblər ki, borcla bağlı onlara bildirişlər gəlib.

Onların iddiasına görə, "Azəriqaz" İstehsalat Birliyinin işçiləri istifadə etmədikləri təbii qaza görə borc yazıblar.

Sakinlərin sözlərinə görə, kənd əhalisinin yarıdan çoxuna əlavə olaraq  bildirişlər gəlib.  

Məsələ ilə bağlı "Azəriqaz" İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyev bildirib ki,  abonentlərə göndərilən bildiriş uçotu pozulmuş sərfiyyatla bağlıdır.

O da qeyd edilib ki, abonentə heç bir halda işlətmədiyi qaza görə əlavə bildirişlər verilə bilməz. Müxtəlif orqanlar tərəfindən  bunun təftişi də mümkündür.

Ətraflı videomaterialı təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top