
Şimali Koreyanın uzun mənzilli ballistik raket cəhdləri Birləşmiş Millətlər Təhlükəsizlik Şurası qərarlarının pozulması deməkdir.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə NATO sözçünün müavini Dilan Uayt deyib.
Şimali Koreyanın keçən ildən bu yana rekord sayda ballistik raket atdığını bildirən Uayt, “Pxenyanın bu təxribatları regional beynəlxalq təhlükəsizliyə zərər verir. O, ehtiyatsız davranışına son qoymalı, qeyri-qanuni nüvə və ballistik raket proqramlarından əl çəkməli və vicdanla diplomatiyaya yol verməlidir”, deyə bildirib.
Tətbiqimizi yükləyə bilərsiniz