Ermənistanda saxlanılan hərbçimizə işgəncə verilməsinin görüntüləri yayılıb...


Xəbər verdiyimiz kimi, Naxçıvanda itkin düşən hərbçilərimizdən daha biri Ermənistan ərazisində tapılıb.
Yeniavaz.com
xəbər verir ki, erməni sosial şəbəkələrində saxlanılan azərbaycanlı hərbçiyə işgəncələr verilməsinin kadrları yayılıb.
Kadrlardan görünür ki, ermənilər azərbaycanlı hərbçinin əlini-qolunu bağlayaraq onu döyürlər.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhəd ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan Respublikası Müdafiə Nazirliyinin iki əsgəri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov itkin düşmüşdülər. Onlardan biri aprelin 11-də erməni polisi tərəfindən saxlanılmışdı.

DİGƏR XƏBƏRLƏR

Top