Uşaq bağçasının bir hissəsi suyun içində qalıb – Video


Mingəçevirdə yağan güclü yağışdan sonra Energetiklər yaşayış massivində yerləşən 17 nömrəli “Fidan” körpələr evi və uşaq bağçasının bir hissəsi suyun içində qalıb. Uşaqların oyun meydançasında tikilən istirahət və kölgəlik isə uçaraq yola düşüb.
Yeniavaz.com
xəbər verir ki, təbiət hadisəsi zamanı xəsarət alan olmayıb.
Energetiklər yaşayış massivinin sakinləri bildirib ki, uçan kölgəlik yolda gediş-gəlişə də maneə yaradıb. Həmçinin uşaqların oyun meydançası sel sularının altında qalıb.
Sakinlər deyib ki, dəmirlər, dayaqlar çürüyüb aşıb:
“Yağışdan sonra belə olub. Bir hissəsi də yola düşüb, gediş gəlişə də manedir”.
Hadisə ilə bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin Mingəçevir şəhəri üzrə sektorundan bildirilib ki, yaxın günlərdə həmin ərazidə işlərə başlanacaq.



Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top