"İkinci Azərbaycan əsgəri də tapıldı" - Ermənistan MN


Xəbər verdiyimiz kimi daha əvvəl Azərbaycan Müdafiə Nazirliyi  Naxçıvanda iki hərbi qulluqçunun itkin düşməsi barədə məlumat yayıb. Daha sonra Ermənistan Müdafiə Nazirliyi məlumat yayaraq sözügedən hərbçilərdən birinin saxlanılaraq həbs edildiyini bəyan edib. Hər iki nazirlik, həmçinin digər hərbçinin axtarılması barədə də məlumat yayıb.
Yeniavaz.com
“Sputnik Ermənistan”a istinadla xəbər verir ki, ikinci Azərbaycan əsgəri Ermənistan ərazisində tapılıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
“Aprelin 13-də Ermənistan ərazisində ikinci Azərbaycan hərbçisi aşkar edilərək saxlanılıb”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top