Azərbaycanəsilli yazıçı 47 yaşında dünyasını dəyişdi


Azərbaycanəsilli yazıçı Eduard Bağırov 47 yaşında vəfat edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə "Varlamov News" teleqram kanalı məlumat yayıb.
Məlumatda bildirilib ki, yazıçı son bir həftədir komada idi və onun bütün orqanları sıradan çıxmışdı.
Qeyd edək ki, atası azərbaycanlı, anası isə rus olan Eduard Bağırov "Qastarbayter", "Sevgililər" və "İdealist" romanlarının müəllifi, həmçinin kino yazıçısı və siyasi məsləhətçi kimi tanınır.
O, həmçinin, 2012-ci il seçkilərində Vladimir Putinin etibarlı nümayəndəsi, 2016-cı ildə isə "Rusiya vətənpərvərləri" partiyasından Dövlət Dumasına namizəd olub.

DİGƏR XƏBƏRLƏR

Top