“Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb”


“2007-ci ildə Madrid prinsipləri ortaya çıxdı. Müəyyən edildi ki, Qarabağın statusu hansısa mexanizmlə dəqiqləşdirilməlidir və bu statusun dəqiqləşdirilməsi mexanizmi məğz olaraq Azərbaycanla razılaşdırılmalıdır.
Yeniavaz.com
Ermənistan mətbuatına istinadla xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan deyib:
“Madrid prinsiplərindən sonra Ermənistan tərəfinin “möhtəşəm” diplomatiyası nəticəsində Azərbaycan Qarabağın öz müqəddəratını təyin etməsində başlanğıc nöqtəyə çevrilib”.
N.Paşinyan həmçinin əlavə edib ki, Madrid prinsiplərinə görə, Ermənistan Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyıb. “Bu faktın üstündən keçə, ondan yayına bilərik, amma bu gün məhz onun “bəhrəsi”ni görürük”, - deyə o vurğulayıb.

DİGƏR XƏBƏRLƏR

Top