Ermənistan təxribat törətdi, şəhid olan və yaralanan hərbçilərimiz var - Rəsmi


Aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.

MN-dən Yeniavaz.com-a verilən məlumata görə, qarşı tərəfin törətdiyi təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıb.
Hazırda Ordumuzun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.

DİGƏR XƏBƏRLƏR

Top