Əli Behişti ilə bağlı həbs qərarı verildi - KİV


Daha əvvəl saxlanılması ilə bağlı məlumat yayılan tanınmış ruhani Əli Behiştinin ittihamı məlum olub.

Yeniavaz.com Lent.az-a istinadən xəbər verir ki, artıq ona ittiham elan olunduğu və barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçildiyi bildirilir.
Qeyd olunub ki, Əli Behişti Cinayət Məcəlləsinin 274-cü (Dövlətə xəyanət, yəni Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və ya müdafiə qabiliyyəti zərərinə olaraq Azərbaycan Respublikasının vətəndaşı tərəfindən qəsdən törədilən əməl: düşmən tərəfinə keçmə, casusluq, dövlət sirrini xarici dövlətə vermə, Azərbaycan Respublikasına qarşı düşmənçilik fəaliyyəti aparmaqda xarici dövlətə, təşkilata və ya onların nümayəndələrinə kömək etmə) maddəsi ilə ittiham olunur. 

DİGƏR XƏBƏRLƏR

Top