İran bankının Bakıdakı filialı gəlirlərini kəskin artırıb


İran Milli Bankının Bakıdakı filialı bu ilin ilk 3 ayı ərzində 621 min 285 manat xalis mənfəət əldə edib.
Yeniavaz.com
xəbər verir ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə İran Milli Bankının Bakıdakı filialının xalis mənfəəti 2,3 dəfə artıb. Belə ki, 2022-ci ilin ilk rübündə İran Milli Bankının Bakıdakı filialının xalis mənfəəti 269 min manat olub.
Məlumat üçün qeyd edək ki, bu ilin birinci rübündə İran bankının faiz gəlirləri 797 min 835 manat olub. Bankın xarici valyuta əməliyyatlarından 113 min manat gəlir əldə etdiyi bildirilir.
Bu ilin birinci rübündə İran Milli Bankının Bakıdakı filialının aktivləri 102 milyon 353 min manat olub və ötən ilin eyni dövrü ilə müqayisədə 5,7 milyon manat artıb.
Qeyd edək ki, bu ilin yanvar ayında Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücumdan sonra iki ölkə arasındakı münasibətlər kəskin şəkildə pisləşib. Mart ayının 28-də Milli Məclisin deputatı Fazil Mustafaya edilən sui-qəsdin arxasında İranın olması barədə açıqlamalar verilib.
İki ölkə arasındakı münasibətlərin pisləşməsi fonunda İran Milli Bankının Bakıdakı filialının öz mənfəətini kəskin artırması diqqəti cəlb edir.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top