
Çinin Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzi həftə sonu Pekində COVID-19 tədqiqatının mənşəyi haqqında məlumatları bölüşmək üçün mətbuat konfransı keçirib.
Yeniavaz.com xəbər verir ki, COVID-19-un mənşəyi ilə bağlı müzakirələr aparan elm adamları ötən həftə “Nature” beynəlxalq elmi jurnalında paylaşılan DNT məlumatlarının virusun insan mənşəyinə işarə etdiyi iddiasını irəli sürüblər.
Xəstəliyin ilk ortaya çıxdığı Uhanda dəniz məhsulları, yemək, heyvan və ətraf mühitdən toplanan 1300-dən çox nümunənin heç birində virus aşkar edilmədiyini vurğulanıb
Tədqiqatçılar ətraf mühitdən toplanmış 923 nümunənin 73-də yenot itlərinin və digər vəhşi heyvanların DNT-sinin tapıldığı, müsbət tapıntıların olduğu, heyvandan çirklənmənin dəlillərini ortaya qoyduğu fikrini ifadə ediblər.
Pekin Universitetinin Həyat Elmləri və Texnologiyaları Universitetinin dekanı genetik ardıcıllığın ilk hallardan götürülən nümunələrlə tam uyğunlaşdığını qeyd edərək belə bir nəticə ortaya çıxdığını deyib:
"Bu tapıntılar bazardakı hallarda virusun satılan heyvanlardan deyil, başqa insanlardan keçdiyini göstərir".
Xatırladaq ki, yeni növ koronavirus ilk də 2019-cu il də Çində aşkarlanıb.
Tətbiqimizi yükləyə bilərsiniz