ABŞ-da minlərlə qəribə dəniz canlıları sahilə çıxdı


ABŞ-ın Ekoloji Turizm Agentliyi sahildə görünən minlərlə qəribə canlı barədə məlumat yayıb.
Yeniavaz.com
xarici KİV-ə istiandla xəbər verir ki, elmi adı “Velella” olan bu canlılar meduza və mərcanların da aid olduğu Cnidaria adlı heyvanlar qrupuna aiddir.
Milli parkın keçən həftə Facebook-da paylaşdığı bir yazıya görə, “Velella” küləyi tutmaq üçün düz, oval gövdəsi üzərində dik duran şəffaf yelkən istifadə edərək açıq okeanda üzən poliplər toplusudur.
Alimlər deyirlər ki, bu orqanizmlər yazda və yayın əvvəlində güclü külək onları sahilə itələdikdə çimərliklərə düşür.
Bədənlərinə bağlanan yelkənlər bu canlıların küləyə tutulmasına və suyun səthindən süpürülməsinə kömək edir. Bu səbəbdən milli parkda bu canlıların xalq arasında “külək dənizçiləri” adlandırıldığı bildirilir.

DİGƏR XƏBƏRLƏR

Top