Məxfi məlumatların sızdırılması barədə Pentaqondan açıqlama


ABŞ-ın müdafiə naziri Lloyd Ostinə Ukrayna Silahlı Qüvvələrinin əks-hücum əməliyyatına dair məxfi sənədlərin sızması barədə məlumat verilib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Agentliyin bildirdiyinə görə, sızma “WikiLeaks” sənədlərinin 2013-cü ildə yayımlanmasından bəri ən zərərli hadisə ola bilər. Bununla yanaşı, agentlik internetdə dərc olunan sənədlərin saxta ola biləcəyini də istisna etmir.
Qeyd olunur ki, Pentaqon hazırda məlumatın dəqiq necə yayıldığını və onu alanın kim olduğunu öyrənir. Hadisə ilə bağlı artıq ABŞ Konqresinin Milli Təhlükəsizlik Komitələri məlumatlandırılıb.
Həmçinin bildirilir ki, müstəntiqlər kimlərin kəşfiyyat hesabatlarını yaymaq imkanı və motivasiyasının ola biləcəyini müəyyən etməyə çalışırlar.
Xatırladaq ki, aprelin 6-da Pentaqonun iki böyük məxfi sənədlərinin bir anda sızması barədə məlumatlar yayıldı. Söhbət Kiyevin döyüş qabiliyyəti, NATO-ya dəstək və Ukrayna ordusunun zəifliyinə aid olan 100-ə yaxın sənəddən gedir.

DİGƏR XƏBƏRLƏR

Top