Türkiyə-Ermənistan sərhədinin açılması üzərində iş gedir - Çavuşoğlu


Ermənistan-Türkiyədə arasında sərhəd-keçid məntəqələrinin açılması üzərində iş aparılır.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “A Haber”ə müsahibəsində deyib.
“Ermənistan səfirliyinin açılması yaxın vaxtlarda baş tutmaya bilər, çünki əvvəlcə başqa addımlar atmalıyıq. Biz Ermənistan üçün hava məkanımızı açmışıq, yük uçuşları həyata keçirilir, qarşılıqlı hava əlaqəsi başlayıb, Ermənistan təyyarələri hava məkanımız üzərindən üçüncü ölkələrə uça bilər. Amma quru sərhədlərinin açılması üçün siyasi şərtlərlə yanaşı, ilk növbədə yolları hazırlamaq, körpünü bərpa etmək lazımdır. Artıq körpünün tikintisi ilə bağlı razılaşmalarımız var”, - deyə o bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Türkiyə-Ermənistan sərhədinin üçüncü ölkə vətəndaşları üçün açılacağı barədə məlumat yayılmışdı. Çavuşoğlu müsahibəsində bu məsələyə toxunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top