Bu yolda hərəkət qismən məhdudlaşdırılır


Mərdəkan-Zuğulba avtomobil yolunun 8-ci km-də yeni inşa edilən yerüstü piyada keçidinin platformasının quraşdırılması ilə əlaqədar olaraq 11 aprel saat 02:00-dan 04:00-dək qeyd olunan hissədə nəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq (yol bağlanmır).

Yeniavaz.com xəbər verir ki, bu barədə AAYDA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, sürücülərdən qeyd olunan saatlarda sözügedən hissədə hərəkətdə olarkən diqqətli olmaları, yol hərəkəti qaydalarına riayət etmələri və ərazidə quraşdırılmış müvəqqəti yol nişanlarının tələblərinə uyğun nəqliyyat vasitələrini idarə etmələri xahiş olunur.

DİGƏR XƏBƏRLƏR

Top