Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olunub


Akademik Milli Dram Teatrının bədii rəhbəri, teatrın baş rejissoru və direktoru Xalq artisti Azər Paşa Nemətov İkinci Fəxri Xiyabanda dəfn olunub.
Yeniavaz.com
APA-ya istinadən xəbər verir ki, əvvəlcə mərhumla Akademik Milli Dram Teatrında vida mərasimi keçirilib.
Bildirilib ki, mərasimində mərhumun ailə üzvləri, yaxınları ilə yanaşı, Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Mədəniyyət Nazirliyinin nümayəndələri, mədəni-ictimai xadimlər və media mənsubları iştirak edib.
Daha sonra cənazə İkinci Fəxri Xiyabana aparılaraq dəfn olunub.
Xatırladaq ki, Azər Paşa Nemətov ötən gün 76 yaşında qəflətən ürəktutmasından vəfat edib.

DİGƏR XƏBƏRLƏR

Top