
Dünən Bakının mərkəzi yollarında “Volkswagen Touareg” markalı avtomobili arxa-arxaya sürərək yol hərəkəti qaydalarını kobudcasına pozan, həmçinin Dövlət Yol Polisi əməkdaşlarının qanuni tələbinə məhəl qoymayan 20 yaşlı Rauf Cabbarbəyli xəstəxanaya yerləşdirilib.
Yeniavaz.com “Qafqazinfo”ya istinadla xəbər verir ki, saxlanıldıqdan sonra Nərimanov RPİ-nin 18-ci Polis Bölməsinə təhvil verilən Raufun psixoloji problemlərinin olması müəyyən edilib. Onun həkim nəzarətində saxlanılmasına qərar verilib.
Baş Dövlət Yol Polisi İdarəsindən məlumatı təsdiq ediblər.
Məlum olub ki, Rauf Cabbarbəyli Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Kimya Mühəndisliyi fakültəsinin tələbəsidir.
Tətbiqimizi yükləyə bilərsiniz