Azərpaşa Nemətovla vida mərasiminin vaxtı dəyişdirilib - Yenilənib

Xalq artisti Azərpaşa Nemətovla vida mərasiminin vaxtı dəyişdirilib.

Yeniavaz.com xəbər verir ki, bu barədə "Report"a Akademik Milli Dram Teatrından bildirilib.

Belə ki, vida mərasimi sabah saat 15:00-da Akademik Milli Dram Teatrında keçiriləcək.

Qeyd edək ki, Xalq artisti bu gün 76 yaşında dünyasını dəyişib.


***18:10

Azərpaşa Nemətov II Fəxri xiyabanda dəfn ediləcək.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya Mədəniyyət Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, Azərpaşa Nemətovla vida mərasimi aprelin 10-da saat 12-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında keçiriləcək.


***17:40

Akademik Milli Dram Teatrının bədii rəhbəri Xalq artisti Azərpaşa Nemətov vəfat edib.

Yeniavaz.com xəbər verir ki, bu barədə APA-ya teatrdan məlumat verilib.

DİGƏR XƏBƏRLƏR

Top