Rus ordusu mülki əhalini bombaladı - Ölənlər var


Rusiya hərbçiləri gecə Zaporojye vilayətinin mülki əhali yaşayan bölgələrinə zərbələr endiriblər.
Yeniavaz.com
xəbər verir ki, hücumun təfərrüatları barədə Zaporojye Regional Hərbi Administrasiyasının rəhbəri Yuri Malaşko “Telegram”da məlumat verib .
O bildirib ki, 3 nəfər dünyasını dəyişib ki, onlardan ikisi 11 yaşlı qız və atasıdır.
"Rusiya Federasiyasının terrorçu qoşunları bölgənin üç günahsız sakinini aparıb, düşmənin hücumu nəticəsində daha 5 nəfər yaralanıb. Zərərçəkənlərə bütün lazımi tibbi yardım göstərilir", - deyə Yuri Malaşko bildirib.
Regional Hərbi Administrasiya rəhbərinin sözlərinə görə, Zaporojye, Orexov, Hulyaipole və daha 15 yaşayış məntəqəsi Rusiya mərmilərinin hədəfinə çevrilib:
“Düşmən bir raket hücumu, dörd hava hücumu, beş pilotsuz təyyarə hücumu və 46 atəş həyata keçirib”.

DİGƏR XƏBƏRLƏR

Top