Azərbaycanlı zəlzələ mütəxəssisləri Türkiyədə tədqiqatlara başladılar


Azərbaycan Türkiyənin zəlzələ bölgəsində maqnitometrik istinad stansiyası quraşdırıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi (RSXM) məlumat yayıb. Türkiyədə səfərdə olan mütəxəssislər zəlzələ bölgəsində tədqiqatlara başlayıblar.

RSXM-nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişlinin rəhbərlik etdiyi mütəxəssislər qrupu ilk olaraq fevralın 6-da baş verən birinci zəlzələnin ərazisində - Qaziantep şəhərində Pazarcıq adlanan ərazidə, Adıyamanın Balkar kəndində (yer səthində 4 metr yerdəyişmə olub), Gölçübaşı kəndində(əyilən binaların yoxlanması) və Kahramanmaraşda tədqiqatlara başlayıblar.

Kahramanmaraşda mərkəz əməkdaşları tərəfindən bir ədəd maqnitometrik istinad stansiyası qurulub.

Bundan başqa, Pazarçık ərazisində yeni binaların inşa ediləcəyi yerlərdə profillər üzrə maqnitometrik, qravimetrik və mühəndisi seysmik tədqiqatlar aparılacaq ərazilər seçilib.

DİGƏR XƏBƏRLƏR

Top