ABŞ qırıcıları Yaponiyada təcili eniş etdi


ABŞ-ın iki F-16 qırıcısı Yaponiyanın cənubunda təcili eniş edib. 
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Kyodo” agentliyi məlumat yayıb.
Qırıcıların Okinavanın cənub prefekturasındakı Miyako-Şimojisima hava limanına eniş etdiyi bildirilir. Yerli hərbçilərin sözlərinə görə, onlardan birinin mühərrikində problem yaranıb.
Qeyd olunub ki, qırıcılardan birində ABŞ hərbçiləri yanacaq çənini çıxarıb və təmir işləri aparır. Planlaşdırılmamış eniş zamanı tələfat olmayıb. Hadisə mülki uçuşların cədvəlinə də təsir etməyib.

DİGƏR XƏBƏRLƏR

Top